Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin axınının artması ilə əlaqədar yeni texnoloji həllərin tətbiqinə başlayıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin axınının artması ilə əlaqədar yeni texnoloji həllərin tətbiqinə başlayıb - FOTO

14:36 - 29 / 08 / 2017
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin axınının artması ilə əlaqədar yeni texnoloji həllərin tətbiqinə başlayıb - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin axınının artması ilə əlaqədar yeni texnoloji həllərin tətbiqinə başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu gün Bakıda bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportu və “Amadeus” şirkəti arasında müvafiq sənəd imzalanıb. Sənədi "SilkWay group"un birinci vitse-prezidenti Teymur Məmmədov və Amadeus” şirkətinin yeni biznes layihələr üzrə baş vitse-prezidenti Fransisko Perez-Lozao imzalayıblar.

Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi hər il stabil artmağa davam edir. Təkcə cari ilin ilk yeddi ayı ərzində aeroport 2016-ci ilin eyni dövrü ilə müqayisədə 30faiz daha çox sərnişinə xidmət göstərib. Beləliklə, aeroport yaxın zamanda regionda əsas hablardan biri olmaq kimi özünün əsas məqsədinə çatmaq üzrədir.

Fəaliyyətini maneəsiz genişləndirmək və sərnişinlərə fasiləsiz xidmət göstərilməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu “Amadeus” şirkəti ilə birgə bulud texnologiyası üzrə aerport idarəetmə sisteminə əsaslanan ilk tam avtomatlaşdırılmış həlli təqdim edib.

Sözü gedən bulud texnologiyası həlli çərçivəsində təqdim olunan xidmətlərə baqajın idarəolunması sistemi, hava limanının əməliyyat məlumat bazası, uçuş məlumatlarının təsviri sistemi və digərləri daxildir.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Amadeus” şirkətinin yeni biznes layihələr üzrə baş vitse-prezidenti Fransisko Perez-Lozao əməkdaşlıq haqqında müvafiq razılıq əldə etmişdirlər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda iki sərnişin terminalı mövcuddur və illik 9 milyon sərnişinə xidmət göstərilməsi üçün nəzərdə tutulub. Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün müasir aviasiya və texnoloji tələblərə uyğun tikilən yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

S.Xankişiyeva

Paylaş:
1436

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər