“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareysi üzrə uçuşların sayını artırıb

“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareysi üzrə uçuşların sayını artırıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə “Türk Hava Yolları”nın Bakı ofisindən bildirilib.
“Türk Hava Yolları” İstanbul uçuşlarına olan yüksək tələbatı nəzərə alaraq avqustun 27-dən sentyabrın 20-dək gündəlik əlavə bir uçuşun yerinə yetirilməsinə qərar verib. Bununla da, göstərilən tarixlərdə hər gün 5 İstanbul-Bakı-İstanbul uçuşu yerinə yetiriləcək.
Qeyd edək ki, uçuşlar “Boeing 737-800” təyyarələri ilə həyata keçirilir.
S.Xankişiyeva
547