85 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

85 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

18:11 - 29 / 08 / 2017
85 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, bu təbəqədən olan daha 85 nəfər şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.

1news.az-ın məlumatına görə, Nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu ilin yaz-yay mövsümündə 1100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib. Onlardan 485 nəfərinin Xaçmaz, 365 nəfərinin Lənkəran, 250 nəfərinin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil edilib. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.

Əlilliyi olan şəxslərin yola salınması zamanı bildirilib ki, bu təbəqədən olan insanların hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin edilməsi Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindəndir. Hər ilin yaz-yay mövsümündə əlilliyi olan şəxslərin istirahətinin təşkili də onların cəmiyyətin digər üzvləri kimi bərabər imkanlara malik olmalarına yönələn tədbirlərdən biridir.

Hazırda ölkəmizdə pensiya və sosial müavinət, sosial xidmət sistemi ilə əhatə olunanların mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Həmin insanların reabilitasiya xidmətləri ilə təminatı sahəsində də məqsədyönlü işlər aparılır. Təkcə bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 min nəfərə yaxın əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin onlara ümumilikdə 17,5 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Babək Cahandarov

Paylaş:
615

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər