Çili bibəri mürəbbəsi: mif, yoxsa reallıq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Çili bibəri mürəbbəsi: mif, yoxsa reallıq?

09:15 - 29 / 08 / 2017
Çili bibəri mürəbbəsi: mif, yoxsa reallıq?

Meksika ilk dəfə olaraq Qəbələ şəhərində keçirilən Beynəlxalq Mürəbbə Festivalında iştirak edib.

1news.az-a səfirlikdən verilən məlumata görə,  açılış mərasimi avqustun 26-da baş tutan və sayca beşinci olan bu tədbirdə Meksika səfirliyi  tərəfindən ölkənin ənənəvi Meksika mürəbbələri təqdim olunub.

Festival təşkilatçıları, iştirakçıları və qonaqları Meksika pavilyonuna maraq göstərib, orada çili, manqo, ananas, portağal, nanə və digər mürəbbələri ilə yeni dadları kəşf ediblər.

Məlumdur ki, Meksika gündəlik həyatın bir parçası olan bir sıra məhsulların vətənidir, məsələn, vanil, şokolad, qəhvə və düyünün müəyyən növləri və s. Meksika mətbəxinin əsas tərkib elementlərindən biri çili bibəridir. Hər il Meksika 2 milyon ton çili bibəri istehsal edir ki, onun 700 min tonu ixrac olunur. Bu göstəricilərlə Meksika sözügedən məhsulun dünya səviyyəsində birinci ixracatçısına çevrilib.

Çili bibəri haqqında bəzi maraqlı faktlar:

Çoxlarının tərəvəz kimi tanıdığı çili bibəri əslində meyvədir.

Bu məhsulun istehlakı hələ ispanların gəlişi dövründən əvvəl başlayıb.

Bir çili bibərinin tərkibində portağalda olduğundan daha çox C vitamini var.

P.Sultanova

 

Paylaş:
776

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər