Ağsuda mal-qara yanaraq tələf olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda mal-qara yanaraq tələf olub

11:44 - 29 / 08 / 2017
Ağsuda mal-qara yanaraq tələf olub

Bu gün gecə saatlarında Ağsu rayonunda tövlələrdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ağsu rayonu, Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olub.

Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
682

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər