ATƏT-in Azərbaycan - Ermənistan sərhədində keçirdiyi monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in Azərbaycan - Ermənistan sərhədində keçirdiyi monitorinq insidentsiz başa çatıb

14:16 - 31 / 08 / 2017
ATƏT-in Azərbaycan - Ermənistan sərhədində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in bu gün Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Martin Şuster keçirib.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Joviç keçiriblər.

Babək Cahandarov

Paylaş:
553

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər