“Neftçi” 2 yoxlama oyunu keçirəcək | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” 2 yoxlama oyunu keçirəcək

18:31 - 31 / 08 / 2017
“Neftçi” 2 yoxlama oyunu keçirəcək

“Neftçi” Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilədən səmərəli yararlanmaq niyyətindədi.

1news.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi fasilə zamanı yoxlama görüşləri keçirəcək.

Komanda ilk matçını sentyabrın 2-də I divizionda mübarizə aparan MOİK-ə qarşı keçirəcək. Elşad Əhmədov ayın 5-də isə yetirmələrini öz əvəzediciləri ilə oyunda sınayacaq.

Hər iki qarşılaşma İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçiriləcək və saat 17:00-da başlanacaq.

1news.az

Paylaş:
1563

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər