Şirvanda keçmiş məhbus iki nəfəri bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda keçmiş məhbus iki nəfəri bıçaqlayıb

20:43 - 31 / 08 / 2017
Şirvanda keçmiş məhbus iki nəfəri bıçaqlayıb

Şirvan şəhərində bıçaqlanma hadisəsi olub.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün şəhərin Xəqani küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə M.Güləliyev tutulub.

1news.az

Paylaş:
750

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər