Regionlarda elektron xidmətlər barədə məlumatlandırıcı sessiya keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Regionlarda elektron xidmətlər barədə məlumatlandırıcı sessiya keçirilib

21:37 - 31 / 08 / 2017
Regionlarda elektron xidmətlər barədə məlumatlandırıcı sessiya keçirilib

“Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər və Ağcabədi rayonlarında məlumatlandırma sessiyası keçirilib.

1news.az-ın məlumatına görə, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi tədbirdə təşkilatın sədri Xalid Kazımov bildirib ki, layihənin məqsədi Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı (AHT) təşəbbüsünün tətbiqinə dəstək vermək, region sakinlərini elektron xidmətlər barədə məlumatlandırmaq və onlara elektron xidmətlərə müraciət zamanı yardım göstərməkdir.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Ruslan Mürsəlov iştirakçılara elektron xidmətlərin üstünlükləri və “Elektron hökumət” portalı ilə bağlı məlumat verib:

“Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. Hazırda “Elektron hökumət” portalında 454 elektron xidmət mövcuddur.

İstifadəçilərə “Elektron hökumət” portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi təqdim edilir. Bunlar “E-imza”, “E-Gov” mobil identifikası vasitəsi, “Elektron hökumət” portalı tərəfindən vətəndaşa verilən kod-parol və “Asan imza”dır.

“Elektron hökumət” portalı  vasitəsi ilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Portalda, həmçinin 17 növ arayışın elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür”.

Tədbir “Elektron hökumət” quruculuğu üzrə müzakirələrlə davam edib.

1news.az

Paylaş:
703

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər