“Qəbələ” millinin üzvü ilə anlaşdı | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” millinin üzvü ilə anlaşdı

14:28 - 01 / 09 / 2017
“Qəbələ” millinin üzvü ilə anlaşdı

“Qəbələ” transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib.

1news.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, “qırmızı-qaralar” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Alen Askerovu sıralarına qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-ci ildən Azərbaycan yığmasında çağırılan Askerovun son klubu Xorvatiyanın “Noviqrad” komandası olub. Yarımmüdafiəçi 2016-cı ildən çıxış etdiyi bu kluba qədər Rusiyada “Mordoviya”nın (2012-2016) şərəfini qoruyub.

Babək Cahandarov

Paylaş:
977

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər