Fermanın həyətində çətənə kolu yetişdirən Ağcabədi sakini tutulub

Polis əməkdaşları fermanın həyətində çətənə kolu yetişdirən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Salmanbəyli kəndi ərazisində rayon sakini Vahid Baxşəliyevə məxsus fermanın həyətinə baxış keçiriblər.
Baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirimiş 2 ədəd çətənə kolu, habelə yaşadığı evdən 28 qram marixuana aşkar edilərək götürülüb.
Babək Cahandarov
826