1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlanıb

18:06 - 01 / 09 / 2017
1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlanıb

2017/2018-ci tədris ilində Azərbaycanda 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlanıb.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov APA-ya bildirib ki, yeni tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 945 şagird gedəcək:

“Bu rəqəm ötən illə müqayisədə artıb. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird birinci sinifə getmişdisə, 2017/2018-ci tədris ilində belə uşaqların sayı 164 945 nəfər olacaq”.

Babək Cahandarov

Paylaş:
1117

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər