Gəncədə binanın həyətindən minaatan mərmisi tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə binanın həyətindən minaatan mərmisi tapılıb

18:29 - 01 / 09 / 2017
Gəncədə binanın həyətindən minaatan mərmisi tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində apardığı təmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 31 Avqust 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov küçəsində həyətyanı sahədə mərminin olması barədə məlumatlar daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 4 №-li binanın həyətinə baxış keçirilərkən 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Nəticə etibarilə 50 kv.m ərazi yerüstü yoxlanılıb.

Babək Cahandarov

Paylaş:
980

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər