Xızıda 45 ədəd partlamamış hərbi sursat və raket qalıqları tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 45 ədəd partlamamış hərbi sursat və raket qalıqları tapılıb

11:16 - 01 / 09 / 2017
Xızıda 45 ədəd partlamamış hərbi sursat və raket qalıqları tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 31-da Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirilən əməliyyat zamanı hərbi hissənin ətrafına, 12 evin həyatyanı sahəsinə, 1 su stansiyasının yaxınlığına, 1 ferma ərazisinə, 2 otlaq sahəsinə və eko-turizmin həyətinə baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 45 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd partlamış-yanmış raketin qalıqları, 108 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 547 800 kv.m (54.78 ha) əraziyə yoxlanılıb.

Ümumiyyətlə, 5 gün ərzində 11 ev, 28 evin həyatyanı sahəsinə, 4 ferma ərazisinə, 2 əkin sahəsinə, 4 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, eko-turizmin həyətyanı sahəsinə,  yol kənarına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 5 408 915 kv. m (540.9 ha) ərazi yoxlanılıb, 295 ədəd partlamamış hərbi sursat, 336 ədəd partlamış-yanmış sursat qalıqları və 457 kq yandırma aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 2 318 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Babək Cahandarov

Paylaş:
700

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər