Sabah havanın temperaturu 38 dərəcəyə qədər yüksələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah havanın temperaturu 38 dərəcəyə qədər yüksələcək

13:10 - 01 / 09 / 2017
Sabah havanın temperaturu 38 dərəcəyə qədər yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 2-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə  22-25° isti, gündüz  30-35° isti, Bakıda gecə  23-25°, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə  75-85 %, gündüz  45-50 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 2-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 19-24°, gündüz  33-38° isti, dağlarda gecə 13-18°, gündüz  23-28° isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
766

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər