Dövlət Neft Fondu valyuta hərraclarda satdığı vəsaitin həcmini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondu valyuta hərraclarda satdığı vəsaitin həcmini açıqlayıb

14:51 - 05 / 09 / 2017
Dövlət Neft Fondu valyuta hərraclarda satdığı vəsaitin həcmini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) avqust ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən 1news.az-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 292,6 mln. dollar məbləğində vəsait satılıb.

Ümumilikdə, yanvar-avqust ayları ərzində ARDNF valyuta hərraclarında 2 mlrd. 233,52 mln. dollar satıb.

Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

Babək Cahandarov

Paylaş:
652

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər