DAA Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatının yaydığı “araşdırma”ya etirazını bildirib
Məlum olduğu kimi, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatının (OCCRP) saytında yerləşdirilmiş, guya Azərbaycan hakimiyyətinin 2,9 milyard dolları müxtəlif hesablara köçürdüyünü göstərən bank sənədləri Danimarkanın “Berlingske” qəzetinə sızdırılıb.
1news.az-a Dünya Azərbaycanlıları Assambleyasının mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə qurumun yaydığı bəyanatda bildirilir:
“Əslində isə bu tip “araşdırma”, “yazı”-larının hardan və kimlərdən qaynaqlandığına dair heç bir şübhə yoxdur. Ölkəmizin beynəlxalq imicinin zədələnməsini hədəfləyən qəzet həmin məlumatları OCCRP ilə paylaşıb.
Beynəlxalq hüququ, bütün beynəlxalq təşkilatların qətnamə, qərar, bəyanatlarını ayaqlar altına atan işğalçı Ermənistan hakimiyyəti, beynəlxalq aləm qarşısında etdiyi hüquqsuzluqlara cavab verə bilməyən, Azərbaycanın diplomatik səyləri qarşısında aciz duruma düşən işğalçı və cinayətkar rejimi müxtəlif adlar altında bəzi maraqlı dolayısı yolla diplomatik , hərbi və iqtisadi basqıdan qorumağa çalışan bəzi qüvvələr hədəfi saptırmağa, diqqəti digər istiqamətlərə yönəltməyə cəhdlər edirlər. OCCRP adlanan təşkilatın növbəti addımının da məhz bu səylərin tərkib hissəsi olduğunu hazırlanan bu tipli “araşdırma”-lardan görməmək mümkün deyildir.
Bugün Arakanda dünyanın gözü önündə insanlıq dramı yaşanırkən, Yəməndə, Somalidə insanlar su, qida, tibbi ehtiyaclar kimi təbii ehtiyaclarını qarşılaya bilmədiyindən fəlakətlə üz-üzəykən, Suriya, İraq, Əfqanistanda körpələr terrorun qurbanı olur, günahsız sivil insanlar qətl edilirkən, dünyanın gözü qarşısında Dağlıq Qarabağ boyda haqsızlıq varkən müxtəlif qurumların bu tipli “araşdırma”larının məqsədlərini anlamamaq mümkün deyil. Bu tip “yazı”, “araşdırma”-ların erməni lobbisi tərəfindən idarə olunduğunu sadə bir faktla sübut etmək mümkündür. Araşdırmalar göstərir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir.
Hesab edirik ki, edilənlərin heç bir faydası yoxdur. Cinayətkarlar, uşaq caniləri, terrorçular öz cavablarını alıblar, almağa da davam edəcəklər. Bucür səylər Azərbaycanı öz prinsipial mövqeyindən çəkindirməyəcək əksinə işğalçıların öz cavabları almaları baxımından atdığı addımları davam etdirəcəkdir.
Avropalı və yaxud Amerikalı maliyyə dəstəyinin mənşəyi bəlli olmayan , əslində isə müxtəlif kəşfiyyat qurumlarının məhsulu olan bu qurumların yaydığı “araşdırmaları”, “yazıları”, “bəyanatlarını” Quran ayəsi bilən , sapı öz içimizdən olan baltalara isə sözümüz isə budur: özlərini demokrat, ədalət carçısı , hüquq müdafiəçisi elan edən bəzi dövlətlərin alovlandırdığı, Tunis,Misir, Liviya, Suriyada, İraq, Əfqənistan və bir çox ölkələrdə bərqərar etdikləri “demokratiya” sizlərə dərs olmadımı?! Nə vaxta qədər onun bunun maşası olmağa davam edəcəksiniz ?! Unutmaq lazım deyil ki, bu “yazı” çap olunan ölkənin (Danimarka) mətbu orqanlarından bəziləri bir neçə il öncə, milyonlarca inanclı insanların sevgi və hörmət bəslədiyi Məhəməd peyğəmbəri təhqir etməkdən, inanclı insanların hissiyyatı ilə oynamaqdan belə çəkinməmişdilər. Bununla bağlı yüz minlərcə insanlar etiraz etsələrdə yazıların sahibləri ən yüksək formada müdafiə olunmuş, “söz azadlığı” pərdəsi altında dəstəklənmişdilər.
Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq ictimai təşkilat olan Dünya Azərbaycanlıları Assambleyası hansısa qaranlıq dairələr tərəfindən maliyyələşdirilən bu cür qurumların “araşdırmasını” ictimaiyyəti çaşdırmaq, işğalçı Ermənistanın əlinə əsas verilməsi üçün, mənfur erməni lobbisinin növbəti gedişi hesab edir, dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar adından bəyan edirik ki, bu cür addımlar hiddətimizə səbəb olmaqla yanaşı, bundan sonra bu təşkilatla bağlı araşdırmalara başlayacağımızı , bucür addımların əsl sifarişçilərinin ortaya çıxarılması istiqamətində lazımı addımlar atacağımızı bəyan edirik!
Eyni zamanda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatına müraciət edərək müxtəlif maraqlı dairələrin, lobbi maraqlarının sifarişçisi olmaqdan vaz keçməyə çağırırıq. Eyni zamanda bildirməyi özümüzə borc hesab edirik ki, bu cür heç bir əsası olmayan araşdırmalar Azərbaycan xalqı ilə hakimiyyəti arasında etimadıszlıq mühiti yaratmayacaq, məkrli planlar baş tutmayacaq”.
S.Xankişiyeva