Bank Ombudsmanının saytı fəaliyyətə başladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Ombudsmanının saytı fəaliyyətə başladı

11:35 - 06 / 09 / 2017
Bank Ombudsmanının saytı fəaliyyətə başladı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan Bank Ombudsmanının rəsmi internet səhifəsi fəaliyyətə başlayıb.

1news.az-a ABA-dan verilən xəbərə görə, Bank Ombudsmanının rəsmi internet səhifəsinə www.bankombudsman.az ünvanından daxil olmaq olar.

Sayt vasitəsilə Bank Ombudsmanının əsasnaməsi, reqlamenti və müraciət qaydaları ilə tanış olmaq mümkündür. Eyni zamanda, saytda bank və müştəri arasında yaranan və Bank Ombudsmanının reqlamentinə daxil olan problemli məsələlərlə bağlı elektron müraciət imkanı yaradılıb. Bunun üçün "Müraciət et" bölməsindən "Elektron müraciət"ə daxil olub, müvafiq məlumatları doldurmaq lazımdır.

Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağının 2017-ci il aprelin 3-dəki iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 19 bank üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.

S.Xankişiyeva

Paylaş:
944

Son xəbərlər

Bütün xəbərlər