Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatır | 1news.az | Xəbərlər
Siyasət

Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatır

16:25 - 07 / 09 / 2017
Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç ilə onun diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, xanım Dragana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırki vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov xanım Dragana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzu edib.

S.Xankişiyeva

Paylaş:
708

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər