“Akkord” Korporasiyası 30 milyon dollarlıq daha bir beynəlxalq layihənin qalibi oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Akkord” Korporasiyası 30 milyon dollarlıq daha bir beynəlxalq layihənin qalibi oldu

18:30 - 07 / 09 / 2017
“Akkord” Korporasiyası 30 milyon dollarlıq daha bir beynəlxalq layihənin qalibi oldu

Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyi, Yol Komitəsi CAREC Dəhlizinin 1 və 6-cı Yol Birləşməsinin Yenidənqurulması Layihəsi – Lot 2 (Aktobe-Makat) üzrə tender elan edib.

1news.az-ın məlumatına görə, tenderdə Qazaxıstan, Azərbaycan, Çin və Türkiyədən olan 28 tanınmış şirkət iştirak edib.

Ümimilikdə 7 Lotdan ibarət olan layihənin tenderə çıxarılan Lot 2-nin qalibi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC olub. Bu Lot Aktobe-Makat yolun 236-275 km arasındakı (39 km ) məsafəsini əhatə edir və dəyəri 30 milyon ABŞ dollarıdır.

Bu, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin son 3 ayda qalibi olduğu 3-cü beynəlxalq layihədir. 20 iyul 2017-ci ildə Qazaxıstan Respublikasında ümumi dəyəri 70 milyon ABŞ dolları olan Kurty-Burilbaytal avtomobil yolunun iki lotunun yenidənqurulması, 16 avqust 2017-ci il ildə isə Gürcüstan Respublikasında dəyəri 15,3 milyon ABŞ dolları olan Çiatura şəhərinin Su Sistemləri Şəbəkəsinin Yenidənqurulması layihələrinin qalibi olub.

Beynəlxalq miqyasda mövqeyini günü-gündən möhkəmlədən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın fəaliyyətinin 70 faizini beynəlxalq layihələr təşkil edir.

1news.az

Paylaş:
852

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər