ETSN: Havada tozun miqdarı sanitar normadan 30-40 faiz artıqdır | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN: Havada tozun miqdarı sanitar normadan 30-40 faiz artıqdır

18:56 - 07 / 09 / 2017
ETSN: Havada tozun miqdarı sanitar normadan 30-40 faiz artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin sentyabrın 7-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, buna səbəb yay fəslinin çox quraq keçməsi və ölkə ərazisinə  daxil olan güclü şimal-qərb küləyinin təsiri nəticəsində yerin üst qatında olan tozun atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Müşahidə olunan toz tranzit gətirmə deyil.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə günorta və axşam saatlarına doğru tozun havada miqdarının sanitar normadan 30-40 faiz artıq olduğu qeydə alınıb.

1news.az

Paylaş:
715

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər