Pakistan səfiri: “Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq” | 1news.az | Xəbərlər
Siyasət

Pakistan səfiri: “Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq”

21:12 - 07 / 09 / 2017
Pakistan səfiri: “Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq”

Bakıda Pakistanın Milli Müdafiə günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, qəbulda səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand bu günün tarixi barədə danışıb. Bildirib ki, 1965-ci ildə 52 il əvvəl insanlar Pakistanın müdafiəsinə qalxdı. Bu gün Pakistan dünyanın nüvə dövlətlərindən biri və ən güclü beşinci ordusuna malik dövlətidir. Biz terrorçulara qarşı uğurla mübarizə aparırıq. Ölkəmiz qlobal təhülkəsizlik və sülhə öz töhfəsini verir.

Diplomat vurğulayıb ki, Pakistan Kəşmir münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır və münaqişənin BMT qətnamələri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir.  

P.Sultanova

Paylaş:
1008

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər