Bakının mərkəzində “26” adlı kafenin fəaliyyəti dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində “26” adlı kafenin fəaliyyəti dayandırılıb

16:51 - 08 / 09 / 2017
Bakının mərkəzində “26” adlı kafenin fəaliyyəti dayandırılıb

Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe bağlanıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəlib.

H.Abutalıbov deyib ki, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir: “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə “26” sözünü nəinki Azərbaycan, hətta ingilis  dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, daşnak təəssübkeşlərinə Azərbaycanda yer yoxdur”.

H. Abutalıbov obyektin tamam bağlanacağını, əmlakının isə müsadirə olunacağını deyib: "Obyektin icarədarları və havadarları da qanuna müvafiq olaraq məsuliyyətə cəlb olunacaqlar".

H. Abutalıbov sosial şəbəkələrdə Bakının Sabunçu rayonu ərazisində “26 Bakı komissarı” adlı küçənin olması haqda yayılan məlumatlara da münasibət bildirərək deyib ki, artıq həmin küçənin adı da dəyişdirilib.

Qeyd edək ki, H. Abutalıbovun açıqlamasının ardınca kafe bağlanıb, kafenin adını bildirən "26" - “Twenty six” lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Xatırladaq ki, əvvəllər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarlarının adını daşımış bağın yaxınlığında "26" adlı kafenin fəaliyyət göstərməsi ictimaiyyət və bəzi tarixçilər tərəfindən narazılıqla qarşılanmış, etirazlara səbəb olmuşdu.

S.Xankişiyeva

Paylaş:
787

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər