Çinin xarici işlər naziri Azərbaycana gələcək | 1news.az | Xəbərlər
Siyasət

Çinin xarici işlər naziri Azərbaycana gələcək

17:31 - 08 / 09 / 2017
Çinin xarici işlər naziri Azərbaycana gələcək

Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı ÇXR  xarici işlər naziri Vanq Yİ ilə nəzakət görüşü keçirib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüş əsnasında səfir Əkrəm Zeynallı  nazir Elmar Məmmədyarovun salamlarını və ən xoş arzularını Çinin xarici işlər naziri Vanq Yi-yə çatdırdı.

Ə.Zeynallı Azərbaycanın Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsində əzmli olduğunu bildirdi. Həmçinin, Səfir Azərbaycanın Çinin “Bir Qurşaq, bir Yol” təşəbbüsünü dəstəklədiyini və bu çərçivədə Çinlə sıx əməkdaşlığa hazır olduğunu qeyd etdi. 

Səfir Ə.Zeynallı əlavə etdi ki, yeni səfir kimi ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəkdir.

Çinin xarici işlər naziri Vanq  Yi  Səfiri Ə.Zeynallını yeni təyinatı münasibətilə təbrik edərək, onun da salamlarının və ən xoş arzularının həmkarı Elmar Məmmədyarova çatdırılmasını xahiş etdi. Görüşdə Nazir Azərbaycana rəsmi səfərə dəvət olunduğunu xatırladaraq bu səfəri həyata keçirmək arzusunda olduğunu ifadə etdi.  O, Çinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd etdi.

Nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Çin  xalqının və dövlətinin böyük dostu olduğunu və  onun Çinlə əlaqələrin inkişaf etdirilməsi siyasətini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı. Habelə,   Nazir Vanq Yi Azərbaycanın “Bir Qurşaq, Bir yol” layihəsinə dəstəyini təqdir etdi və Çinin  bu əsnada Azərbaycanla əməkdaşlığa hazır olduğunu ifadə etdi.

Sonda nazir Vanq Yi səfir Ə.Zeynallıya gələcək fəaliyyətində uğurlar arzu etdi.

S.Xankişiyeva

Paylaş:
990

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər