Artur Rasi-zadə ATƏT-in Parlament Assambleyasının sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Artur Rasi-zadə ATƏT-in Parlament Assambleyasının sədri ilə görüşüb

18:57 - 08 / 09 / 2017
Artur Rasi-zadə ATƏT-in Parlament Assambleyasının sədri ilə görüşüb

Sentyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, son illər sürətlə inkişaf edən Azərbaycanda iqtisadi durum barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə xüsusən sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sahələrində əldə olunan uğurlardan danışıb. Ölkə əhalisinin sosial problemlərinin həlli ilə yanaşı, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynadığına diqqət yönəldən Baş nazir Avropa İttifaqının bütün müvafiq qurumları ilə, o cümlədən ATƏT-lə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verildiyini vurğulayıb. Beynəlxalq və regional təhlükəsizlik barədə söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin artırılaraq real addımlar atılmasının zəruriliyini nəzərə çatdıran Baş nazir ümumən regionun inkişafına mənfi təsir göstərən bu münaqişənin həllinin uzanmasında işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinin ATƏT tərəfindən nəzərə alınmasının vacibliyini söyləyib. Artur Rasi-zadə bir daha bəyan edib ki, münaqişənin həlli yalnız beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür.

ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ölkəmizin Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dağlıq Qarabağ probleminin həllinin yubanmasından narahatlıq ifadə edən qonaq, eyni zamanda, münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyinə dair Baş nazirin fikirlərinə şərikliyini ifadə edib. Xanım Kristin Muttonen ATƏT-in Azərbaycanla əlaqələrinin bundan sonra daha da təkmilləşdiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
846

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər