Livanda qəzada ölən idmançının cənazəsi Azərbaycana yola salınıb | 1news.az | Xəbərlər
Siyasət

Livanda qəzada ölən idmançının cənazəsi Azərbaycana yola salınıb

19:04 - 08 / 09 / 2017
Livanda qəzada ölən idmançının cənazəsi Azərbaycana yola salınıb

Livanda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşı Xəzər Əliyevin cənazəsi bu gün Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir. 

1news.az

Paylaş:
1080

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər