Cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirilib - FOTO

20:49 - 08 / 09 / 2017
Cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirilib - FOTO

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat Dəstəsi cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçularla keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidməti, qidalanması və digər mövzularda söhbətlər aparılıb.

Səyyar Təbliğat Dəstəsinin texniki təbliğat vasitələrinin imkanlarından istifadə edilməklə ön xətdə yerləşən hərbi qulluqçular üçün musiqi nömrələri və hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş edilib.

1news.az

Paylaş:
906

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər