Moskvada Qafqaz Müsəlmanları İdarəsi sədrinin və bütün ermənilərin katolikosunun görüşü keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada Qafqaz Müsəlmanları İdarəsi sədrinin və bütün ermənilərin katolikosunun görüşü keçirilib

21:05 - 08 / 09 / 2017
Moskvada Qafqaz Müsəlmanları İdarəsi sədrinin və bütün ermənilərin katolikosunun görüşü keçirilib

Sentyabrın 8-də Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qareginin görüşü keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər məsələlər müzakirə edilib.

Görüşdən sonra Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə jurnalistlər qarşısına çıxıb. Patriarx qeyd edib ki, fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar və buna görə də sülh və əməkdaşlıqdan savayı perspektiv yoxdur. “Biz münaqişə ilə bağlı bütün humanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq”, - deyə o, vurğulayıb.

Kirill hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə çağırıb. O, Müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasının vacibliyini vurğulayıb.

Moskvanın və bütün Rusiyanın patriarxı hər iki ölkənin xalqlarını gəncləri qarşılıqlı hörmət, sülhə rəğbət ruhunda tərbiyə etməyə çağırıb.

Görüşün yekunlarına dair birgə bəyanat imzalanıb. Bəyanatda deyilir: “Biz münaqişəsinin hərtərəfli həllinə yönəlmiş sülh dialoqunun inkişafına, beynəlxalq birliyin danışıqların davam etdirilməsinə dair vasitəçilik missiyasına xüsusi əhəmiyyət veririk. Əminik ki, fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və ənənəvi dinlərin aşıladığı mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan başqa heç bir perspektiv yoxdur. Çoxsaylı çağırışlar qarşısında biz, dini liderlər ümumi razılığa gəlməliyik. Biz münaqişə ilə bağlı bütün humanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq.

Biz əzabkeşlər və evsiz-eşiksizlərin qayğısına qalmalı, fikir ayrılıqlarının sülh yolu ilə ədalətli həllinə səy göstərməliyik. Hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə cavabdeh şəxslərə müraciət edərək bu məsələdə yardımçı olmağa çağırırıq.

Biz dini liderlər kimi məbədləri, məscidləri və digər müqəddəs yerləri müdafiə etməyə çağırırıq. Dini əhəmiyyətli abidələrin toxunulmazlığının təmin edilməsi olduqca vacib məsələdir.

Gənc nəsli xeyirxahlıq, qarşılıqlı hörmət, sülhə rəğbət ruhunda tərbiyə etməyə çağırırıq”.

1news.az

Paylaş:
800

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər