Daxili işlər naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 30-da saat 10:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
1news.az
889