Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

13:43 - 09 / 09 / 2017
Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya başsağlığı verib.

Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanlarıın tezliklə sağalmasını arzulayıram".

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər