Qazaxıstanın “mirvarisi” - Burabaydan reportaj | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxıstanın “mirvarisi” - Burabaydan reportaj

13:34 - 09 / 09 / 2017
Qazaxıstanın “mirvarisi” - Burabaydan reportaj

Qazaxıstanın gözəl məkanlarından biri də Burabaydır. Burabayı həm də Qazaxıstanın “mirvarisi” adlandırılır. Bura “Qazaxıstanın İsveçrəsi” deyənlər də yanılmayıblar. Dünyanın cənnəti sayılan məkanlardan biri məhz Burabaydır.

 Astanadan 250 km məsafədə yerləşir, qatarla isə paytaxtdan üç saata Burabaya çatmaq olur. Ərazi tamamilə sıx yaşıl meşələr və göllərlə əhatələnib. Bura hələ sovetlər birliyi zamanından sanatoriyaları, təbii gözəlliyi ilə turistləri özünə cəlb edib. Burabaya dünyanın hər yerindən turist axını var. Amma Rusiyadan gələn turistlər və qazaxlar özləri üstünlük təşkil edirlər.

Burabay romb şəklindədir və deyilənə görə bu da bir uğurdur. Ərazi haqqında çoxlu əfsanələr də dolaşır. Mavi dağ mənası verən, 947 metr hündürlüyü olan Kokşetau dağının  ətəyində yerləşən Burabayda eyni adlı göl də daxil olmaqla 14 göl var. Burabay gölünün ortasında "sirli sfinks" mənasını verən Cumbaktas Təpəsi turistlərin diqqətini cəlb edən mənzərələrdən biridir.

Bu təpəyə bir tərəfdən baxanda  saçlarını küləyin uçurduğu gözəl gənc bir qıza bənzər görüntü müşahidə edilir, digər tərəfdən baxdıqda isə həmin görüntü yaşlı bir qadına çevrilir.

Bura həm də sağlamlıq turizmini seçənlər üçün uyğun bir yerdir. Çünki havası bir çox xəstəliklər, o cümlədən vərəm, astma və digər xəstəliklər üçün dərmanı sayılır. Ərazidə müxtəlif hotel brendləri fəaliyyət göstərir. Məsələn, dünyaca məşhur beş ulduzlu “Rixos” hotel Çebaçe gölünün ətrafındadır. Burada iki nəfər üçün bir günlük qalmaq 200 dollar edir. Bu məbləğə gündə üç dəfə yüksək səviyyəli qidalanma, gəzinti, hoteldəki əyləncə mərkəzlərində istifadə etmək daxildir. Hotel ətrafındakı göldə çimərlik də yaradılıb.

Bundan başqa, qədim ənənələrə əsaslanan müalicəvi vannalar da qəbul etmək olar. Yemək menyusunda milli qazax mətbəxi ilə yanaşı, Avropa, Çin, türk mətbəxindən təamlar da təklif olunur.

Onu da xatırlatmaq yerinə düşər ki, qazaxlar 1849-cu ildə bu ərazilərə gələrək Koturkul kəndinin əsasını qoyublar. Daha sonra isə Şuçe adlanan (indiki Şuçinsk şəhəri) kiçik bir qəsəbəsi qurublar.  Təxminən 20 il sonra, 1870-ci ildə qazax Zubov Burabay gölü ilə Böyük Çebaçe gölləri arasında  kanal yaratmaq təşəbbüsü nü nəzərdən keçirib və Burabay kəndi belə yaranmağa başlayıb.

Burabay təkcə öz yerüstü sərvətləri ilə  deyil,  həm də yealtı sərvətləri ilə də zəngindir. Burada qızıl, platin və digər qiymətli daşlar var. Əvvəllər qazıntı işləri aparılsa da, indi tam dayandırılıb. Yəni Burabay tam bir istirahət məkanı, turizm zonası kimi fəaliyyət göstərir.

Burabay qazaxlar üçün həm də Abılay xanla bağlı xatirələrə görə əzizdir. Qazaxıstanın azadlıq və müstəqillik simvolu olan Abılay xan dəfələrlə Burabayda olub, burda həm istirahət edib, həm də vacib görüşlərini keçirib.

 Abılay xan gənc ikən müdrik qərarlar qəbul edir, ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Buna görə də ona “Aruvaq” (ataların ruhu) ləqəbini verilmişdi.  Abılay xan qısa müddətdə dağınıq halda olan qazaxları və digər xalqları bir dövlətdə birləşdirməyi bacarıb. Bu dövlətin sərhədləri indiki Ural ətrafını, Volqaboyu, Qazaxıstan, Özbəkistan və Türkmənistanın böyük hissəsini əhatə edirdi. Abılay xan Çin və Rusiya ilə isti münasibətlərə girərək, onların öz ərazilərinə hücum etməsinin qarşısını ala bildi. Abılay xan ölənə kimi dövlətinin müstəqilliyini qoruyub saxlaya bildi. Onun ən böyük xidmətlərindən biri də qazaxları öz ətrafında birləşdirməsi, onları milli ruh üzərində kökləyə bilməsi idi. Ona görə də qazaxlar arasında böyük hörmət və məhəbbət qazandı. Qazax xalqının bu böyük oğlu Abılay xan 1781-ci ildə indiki Daşkənddə vəfat etdi. Ölümündən sonra onun qurduğu dövlət dağıldı. Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Tarixin axarında” adlı kitabında Abılay xan haqqında belə yazır: “Qazax xalqını birləşdirən və onu müstəqillik üzərində kökləyən Abılay xan öz qəhrəmanlığı ilə gələcək nəsillər üçün azadlıq və müstəqillik nümunəsinə çevrildi. Qazax xalqı Abılay xanın azadlıq və qəhrəmanlığından ruhlanaraq, öz müstəqillikləri uğrunda mübarizəyə qalxdı və nəticədə istədiyinə nail oldu. Abılay xan mahir bir siyasətçi, dövlət xadimi və cəsur sərkərdə kimi qazax xalqının ürəyində sonsuzacan yaşamaqda davam edəcək”.

Burabayda onun şərəfinə abidə ucaldılıb, muzeydə isə xatirə əşyaları var. Həmçinin, burada onun taxtının hissələri saxlanılır. İnanca görə, ürəyində arzu tutub həmin taxtın başına 7 dəfə dövr edəndə arzun yerinə yetir. Taxtın ətrafına və yaxınlıqdakı ağaclara niyyət edib baş yaylığı, kiçik parça hissələri bağlayanlar da var. 

Sovetlər dönəmidə bir çox ölkələrin liderləri istirahət üçün Burabayı seçib. İndi də dünya liderlərinin əksəriyyəti istirahətini məhz Burabayda keçirir. Bura dünyanın məşhur ulduzları da tez-tez səyahət edir. Burabay həm də əhəmiyyətli tədbirlərin, görüşlərin keçirildiyi məkandır. Məsələn, 2015-ci ildə prezident İlham Əliyevin də iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının iclasına Burabay ev sahibliyi edib.

Yuxarıda qeyd etdiyimiz kimi ərazidə fəaliyyət göstərən muzeydə bölgəyə dair maraqlı məlumatlar yer alıb.

Burada Abılay xanın və digər qazax xanlarının xatirə əşyaları, bölgənin tarixinə dair eksponatlar saxlanılır.  

Burabaya gələn turistlər mütləq onun ən hündür nöqtəsinə baş çəkirlər. Həmin nöqtədə isə Burabay gölünün və ətrafın ən gözəl mənzərəsini seyr etmək mümkündür.

Burabaya təkcə yay aylarında deyil, digər fəsillərdə də, xüsusilə qışda turistlər üz tuturlar. Burada qış turizmi üçün də bütün imkanlar yaradılıb. Həm təbiətin öz gözəlliyi, həm də yaradılan şərait turistlərin qış istirahətini unudulmaz edir. Bir sözlə, yayı gözəl, qışı unudulmaz olan Burabayı görmək lazımdır.

Pərvanə Sultanova

Bakı-Burabay-Bakı

 

Paylaş:
2900

Son xəbərlər

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Ələkbərovla vida mərasimi keçirilibBu gün, 13:49Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00
Bütün xəbərlər