Sabahın havası: yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: yağış yağacaq

13:43 - 10 / 09 / 2017
Sabahın havası: yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az -a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  20-23°, gündüz  27-31° isti, Bakıda gecə  20-22°, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  55-65 % olacaq. 

Azərbaycanın rayonlarında sentyabrın 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı  ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  18-23° isti, gündüz  30-35°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

1news.az

Paylaş:
951

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər