Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

14:39 - 10 / 09 / 2017
Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sentyabrın 11-i gündüzdən 12-si səhərədək  bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

1news.az

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər