“Qarabağ” futbol klubu Londona yola düşüb | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” futbol klubu Londona yola düşüb

20:25 - 10 / 09 / 2017
“Qarabağ” futbol klubu Londona yola düşüb

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ” İngiltərəyə yollanıb.
 
Təmsilçimiz bu gün Bakı-London reysiylə görüşün keçiriləcəyi şəhərə yola düşüb.
 
Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
 
UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda gənclərin “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də başlayacaq.

 1news.az  

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər