Mübariz Əhmədoğlu: "Ermənistan həm Rusiya, həm də Qərb məkanında Azərbaycana uduzur"
Ermənilərin anti-Azərbaycan kampaniyasında məqsədi AŞPA–da Azərbaycan nümayəndə heyətinin səlahiyyətini dondurmaqdır.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, “Barbarossa”ya bənzər bu planın müəllifləri Ermənistan parlamentinin vitse-spikeri və AŞPA-da Ermənistan nümayəndə heyətinin başçısı Arpine Ovannisyan, nümayəndə heyətinin üzvləri Armen Aşotyan və Samvel Farmanyandır. Hər birisinin bu məsələdə şəxsi marağı var. Məsələn Arpine Ovannisyan mümkün qədər tez zamanda parlamentin spikeri olmaq istəyir. Çünki bu vəzifəni prezident ona vəd vermişdi. A. Aşotyan S.Sərkisyanın dövründə güclü inkişafa başladı. Nazir və hakim partiyanın baş ideoloqu oldu. İndi aşağı enir. Məqsədi S.Sərkisyan prezidentliyi təhvil verənədək yenidən ucalmağ istəyir. S.Farmanyan da beləcə. Ona görə prezident S.Sərkisyana yarınmaq üçün variant hazırladılar. Bu da korrupsiyanın bir növüdür.
Ümumi məqsədləri də var: "Ermənistan son illərdə həm Rusiya, həm də Qərb məkanında Azərbaycana uduzur.Otən il AŞPA –da Dağlıq Qarabağ problemi ilə əlaqədar 2 məruzədən birinin qəbul, digərinin rədd edilməsi Avropa məkanında Azərbaycanla Ermənistan arasında təxmini bərabərliyin olduğunu göstərir. Belə bərabərliyi ermənilər özləri üçün məğlubiyyət hesab edirlər.
Ermənilər və Ermənistan Rusiyada xeyli uduzublar. Rusiya erməniləri xeyli zəiflədib və bu prosesi davam etdirir. Kreml ermənilərin apardığı iki, üçbaşlı oyunlardan bezib. Rusiya ərazisində yaşayan ermənilərin imkanlarını, təsir zonalarını xeyli azaltmaq kursu götürüb. Ona görə bir sıra ermənilərin rəhbərlik etdiyi şirkətlər əllərindən alınıb, ermənilərə məxsus telekompaniyalar bağlanılır. Ermənistana Rusiyadan gələn pulların üzərinə ciddi nəzarət qoyulub. Bu Rusiyanın Ermənistana olan münasibətidir. Amma ermənilərin fikrincə, Rusiyada ermənilərə qarşı neqativ münasibəti formalaşdıran Azərbaycandır.
Ermənistanın belə fundamental məğlubiyyəti S.Sərkisyanın 9 illik prezidentliyi dövründə baş verib. S.Sərkisyanın prezidentlik müddətinə cəmi 8 ay qalıb. AŞPA-nın bu sessiyası onun prezidentliyi dövrü üşün sonuncudur. Ermənistan siyasətçilərinin bir qismi S.Sərkisyanın Azərbaycan Prezidenti İ.Əliyevin qabağında məğlub olduğunu başa düşür, amma rüsvayçı məğlubiyyətinə imkan verməməyə çalışırlar.
Ermənilər Azərbaycanın Avropadakı nüfuzuna da zərbə vurmaq niyyətindədirlər. Ona görə Avropadakı bütün əlaltılarını işə salaraq bu istiqamətə yönəldiblər. Avropada Azərbaycanın ardıcıl olaraq lobbisti yoxdur, xüsusilə korrupsiya amili bu işdə rol oynamır. Ən azı Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair ötən il AŞPA-ya təqdim olunmuş məruzənin müəllifi olan Böyük Britaniyalı deputat Robert Volterin sonradan Ermənistan xarici işlər naziri E.Nalbandyana zəng etməsi ilə bağlı verdiyi açıqlama göstərir ki, Azərbaycan Avropa siyasətçilərini ələ almaqla məşğul deyil, əksinə ermənilər bu işlə məşğuldurlar.
AŞPA sessiyası ərəfəsində ermənilərin aktivləşməsinin digər amili Rusiya ilə əlaqədardır. Rusiyada uduzdaqlarının əvəzini çıxmaq məqsədi ilə ermənilər Avropa məkanında təbliğat hücumu reallaşdırmaqla Azərbaycana zərbə endirmək istəyirlər. RF XİN rəsmisi M.Zaxarovanın nəzərinə çatdıraq ki, “RF müttəfiqlərinə zərbə vurmaq” işində RİA “Novosti” –də iştirak edir".
Politoloq əlavə edib ki, bu üç şəxs Ermənistanı guya Qərbə yaxınlaşdırmaq istəyir.
1news.az