Mətbuat Şurası Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Mətbuat Şurası Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

16:12 - 11 / 09 / 2017
Mətbuat Şurası Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurası «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

1news.az-ın verdiyi xəbərə görə, məktubda deyilir:

«Söz və ifadə azadlığının dərinləşməsinə xüsusi önəm verməyiniz Azərbaycanın media ictimaiyyəti tərəfindən hər zaman dərin rəğbət hissi ilə qarşılanmaqdadır. Jurnalistlərimiz tam qətiyyətlə Sizi demokratik prinsip və dəyərlərin təminatçısı və qoruyucusu kimi görürlər. Onlar «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsinin timsalında bunun bir daha şahidi oldular. Belə yanaşmanıza, o cümlədən Mətbuat Şurasının Mehman Əliyev ilə bağlı müraciətinə həssas münasibətinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Ölkəmizdə media sahəsində əldə olunmuş dinamik inkişaf jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələrinə imkan verir. Sizin iradənizin nəticəsidir ki, diffamasiya ilə bağlı moratorium qeydə alınıb. Bu mövqeyiniz jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs təhlükəsi ilə üzləşməyəcəklərinə dair ali təminatdır. Belə bir mühitin formalaşması isə şübhəsiz, media təmsilçilərinin yaradıcılıqlarına müsbət təsir göstərir. Hazırda Azərbaycan jurnalistikası dünyanın nəinki ölkəmizlə, bütövlükdə Qafqaz regionu ilə bağlı başlıca informasiya mənbəyidir.

Siz çıxışlarınızda kütləvi informasiya vasitələrinin cəmiyyətdəki missiyasını, dövlət idarəçiliyində effektivliyin və səmərəliliyin artırılmasındakı  rolunu yüksək qiymətləndirmiş, mövcud istiqamətdə prinsipial baxışınızı ifadə etmisiniz. Söz və ifadə azadlığının demokratiyanın ali dəyəri, vətəndaş cəmiyyəti quruculuğunun mühüm şərti olduğunu bildirmiş, tam sübuta yetirmisiniz ki, Azərbaycanda bu ideyanın təcrübədə tətbiqi imkanları xeyli genişdir. Bu baxımdan kütləvi informasiya vasitələrimizin hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək həyata keçirdiyiniz tədbirlərin hər biri vurğulamaq mümkündür. Mövcud dəst-xəttiniz yalnız jurnalistikaya dəyər deyil, həmçinin Vətənə sədaqət, vətəndaşa qayğı ruhundan qaynaqlanan humanizm nümunəsidir. Mehman Əliyevlə bağlı məsələyə həssas münasibətiniz də dövlət idarəçiliyindəki humanizm prinsipinin növbəti təzahürüdür.

Möhtərəm cənab Prezident, Sizə bir daha «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olunmasına həssas yanaşdığınıza görə ölkəmizin media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildirir, Azərbaycanın daha da inkişafına yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq».

Mövzu ilə əlaqədar oxuyun:

Prezident İlham Əliyev Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb

S.Xankişiyeva

Paylaş:
664

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər