Tərlan Əhmədov “Neftçi”nin baş məşqçisi təyin olunub | 1news.az | Xəbərlər
Futbol

Tərlan Əhmədov “Neftçi”nin baş məşqçisi təyin olunub

19:07 - 11 / 09 / 2017
Tərlan Əhmədov “Neftçi”nin baş məşqçisi təyin olunub

“Neftçi” PFK-ya yeni baş məşqçi təyin olunub.

1news.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Tərlan Əhmədov çalışdıracaq. Onunla mövsümün sonunadək müqavilə bağlanıb.

Topaz Premyer Liqasının V turunda sentyabrın 16-da baş tutacaq “Neftçi” – “Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).

1news.az

Paylaş:
958

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər