Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşüb - FOTO

20:44 - 11 / 09 / 2017
Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşüb - FOTO

Sentyabrın 11-də Tel-Əviv şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri cənab Aviqdor Liberman arasında görüş keçirilib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, protokola uyğun olaraq İsrail Müdafiə nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

1news.az

Paylaş:
1175

Son xəbərlər

Bütün xəbərlər