Milli Məclisin deputatları Moskvada konfransda iştirak edəcəklər
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev “Moskva-Bakı mehvəri: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün sentyabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, konfrans Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumu və perspektivlərinin dəyərləndirilməsi, xüsusilə Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərinə həsr olunub.
Tədbir iştirakçıları Azərbaycanın beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsi, regiondakı mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, habelə mədəniyyət, təhsillə bağlı məsələləri müzakirə edəcəklər.
Səfər sentyabrın 16-da başa çatacaq.
1news.az