Heydər Əliyev Mərkəzində "Modernizm və moda" sərgisi açılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzində "Modernizm və moda" sərgisi açılacaq

10:57 - 11 / 09 / 2017
Heydər Əliyev Mərkəzində "Modernizm və moda" sərgisi açılacaq

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət "Modernizm və moda" sərgisi açılacaq. Bakıda ilk dəfə təşkil olunan bu sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək. 

1news.az-a Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, ekspozisiyada Aleksandr Vasilyev Fondunun unikal kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksessuar nümayiş olunacaq.

Eksponatlar sırasında həmin dövrün məşhur dizaynerlərinin atelyelərində -"Chanel", "Dior", "Balmain", "Yves Saint Laurent", "Balenciaga", "Nina Ricci", "Cardin", "Couregge", "Laroche", "Cassini", "Valentino"da hazırlanmış nadir "Haute Couture" donları təqdim ediləcək. 

1960-cı illər ötən əsrin ən inqilabi onilliklərindən hesab edilir. Bu dövrün gözlənilməz inqilabiliyi cəmiyyətdə və bununla birgə dəb dünyasında da dəyişikliklər yaratdı. İlk kosmonavt Yuri Qaqarinin 1961-ci ildə, birinci qadın kosmonavt Valentina Tereşkovanın 1963-cü ildə kosmosa uçuşu dəb aləmində yeni iz qoydu və Paris modelyerləri kosmik mövzuya müraciət etdilər.Ayaqqabı formaları, baş geyimlərində və digər aksessuarlarda da əksini tapan kosmik dəb erası 1969-cu ildə amerikalıların Aya ilk enişi ilə sona çatdı. Heydər Əliyev Mərkəzindəki sərgidə bu futuristik ideyaları özündə əks etdirən kifayət qədər paltar, ayaqqabı və baş geyimləri təqdim olunacaq. 

Ekspozisiyada, həmçinin o dövrün məşhur qadınlarının - kino ulduzları Meri Pikford, Qloriya Svenson, Lesli Karon və Loren Bekol, proma-balerina Maya Pilsetskayanın şəxsi qarderobundan unikal geyimlər nümayiş etdiriləcək.

Bu sərgi indiyədək Sidney, İstanbul, Sankt-Peterburq, Moskva, Riqa və Dauqavpilsdə təqdim olunub. Lakin belə böyük həcmdə ilk dəfə Bakıda sərgilənəcək. 

Aleksandr Vasilyev tanınmış kolleksiyaçı, dəb tarixçisi, sənətşünas, interyer dekorasiyaçı, teatr rəssamı, dəb sahəsində bir sıra məqalə və kitabların müəllifi, televiziya proqramlarının aparıcısıdır. Onun 40 ilə yaxındır ki, topladığı kolleksiyada XVII əsrdən müasir dövrədək müddəti əhatə edən 50 000 eksponat var. Müxtəlif ölkələrdən əldə olunan eksponatlar arasında öz epoxalarının ən yaxşı atelyelərində hazırlanan yüksək dəb şedevrləri yer alıb.  

Vilnüsdə yaradılmış Aleksandr Vasilyev Fondu Litva və digər ölkələrdə dəb mədəniyyəti və tarixinin təbliğinə yönəlmiş təhsil, kostyum, aksessuar, rəsm, qrafika, foto, dekorativ tətbiqi sənət əsərləri və çap olunmuş nəşrlərdən ibarət kolleksiyanın qorunması, genişləndirilməsi, ictimaiyyətə təqdim olunması istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 8-dək davam edəcək.

1news.az

Paylaş:
748

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər