Sabirabadda mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var -YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var -YENİLƏNİB

14:37 - 11 / 09 / 2017
Sabirabadda mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var -YENİLƏNİB

Sabirabad rayonunda mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

1news.az APA-ya istinadla xəbər verir ki, 1949-cu il təvəllüdlü Baxşıyev Xələf Əsgəralı oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobus radar dirəyinə dəyərək aşıb.

Hadisə nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və 1946-cı il təvəllüdlü Zərbəliey Teymur Xanhüseyn oğlu ölüb.

Sürücüsü və mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəllüdlü Amil Əhmədov, 1968-ci il təvəllüdlü Şəhla Abbasova, 1992-ci il təvəllüdlü Çimnaz Rəhmətova, 1957-ci il təvəllüdlü Böyükkişi Ağayev, 1963-cü il təvəllüdlü Zeynəb Novruzova, 1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov, 1992-ci il təvəllüdlü Mahir Həsən oğlu Hüseynov, 1991-ci il təvəllüdlü Kamran Ələkbərov, 19974-cü il təvəllüdlü Bəylər Quluzadə xəsarət alıblar.

 Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.      

 Onlardan 4-nün vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalara yola salınıblar. 

13:43

Sabirabad rayonunda mikroavtobus aşıb.

1news.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində iki nəfərin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və  1946-cı il təvəllüdlü Teymur Zərbəlieyin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir.

1news.az

 

Paylaş:
786

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər