Azərbaycanlı gənc rəssamların əsərləri Sofiyada keçirilən sərgidə nümayiş etdirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı gənc rəssamların əsərləri Sofiyada keçirilən sərgidə nümayiş etdirilib – FOTO

16:15 - 12 / 09 / 2017
Azərbaycanlı gənc rəssamların əsərləri Sofiyada keçirilən sərgidə nümayiş etdirilib – FOTO

Bolqarıstanın Xarici İşlər Nazirliyinin Mədəniyyət İnstitutu və “Little Zograff” Fondunun birgə təşkilatçılığı ilə Milli İncəsənət Akademiyasında 5-ci dünya uşaq rəsm müsabiqəsinin sərgisi təşkil olunub.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, sərgidə müsabiqədə qalib olmuş uşaqların əsərləri nümayiş etdirilib. Hər il keçirilən dünya uşaq rəsm müsabiqəsi “Little Zograff” Fondunun layihəsidir və Bolqarıstan Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir. 2012-ci ildə Bolqarıstanda təsis olunmuş Fondun məqsədi təsviri və tətbiqi incəsənət vasitəsilə uşaqların mənəvi, peşəkar və intellektual inkişafına şərait yaratmaqdır. Fond uşaqların inkişafı ilə bağlı problemlərin həlli sahəsində dövlət qurumları və QHT-lər ilə fəal əməkdaşlıq edir. Fond öz məqsədlərinin həyata keçirilməsi üçün maliyyə vəsaiti toplamaq məqsədilə xeyriyyə tədbirləri keçirir.

Həmçinin Fond təsviri incəsənətlə bağlı kurslar, forumlar, konfranslar, uşaqlar üçün beynəlxalq səviyyədə müsabiqələr, uşaqların təsviri incəsənət sahəsində hazırlığı ilə əlaqədar məktəblər təşkil edir. 2017-ci ildə keçirilmiş dünya uşaq rəsm müsabiqəsində Azərbaycan, Türkiyə, Bolqarıstan, Banqladeş, İran, Ukrayna, Tailand, Avstraliya, ABŞ, Moldova, Sinqapur, Litva, Hindistan, Filippin, Rumıniya, Yunanıstan, Yeni Zelandiya, Rusiya, Koreya Respublikası, İndoneziya, Polşa və digər ölkələrdən uşaqlar iştirak ediblər. Fatimə Matveyeva (15 yaş) və Fəridə Şirinova (11 yaş) ölkəmizi layiqincə təmsil edərək müvafiq olaraq gümüş medala və sertifikata layiq görülüblər. Gənc rəssamlarımızın əsərləri sərgi iştirakçılarının marağına səbəb olub və “Qaliblər kitabı”na daxil edilib.

Qeyd edək ki, gənc rəssamlarımız hər il Fondun təşkil etdiyi müsabiqədə fəal iştirak edir və yüksək nəticələr göstərirlər.

S.Xankişiyeva

Paylaş:
705

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər