Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi qaydası təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi qaydası təsdiqlənib

20:58 - 12 / 09 / 2017
Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi qaydası təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

1news.az-ın məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası” və “www.azexport.az” internet portalı haqqında Əsasnamə” təsdiq edilib.

“www.azexport.az” internet portalının (bundan sonra – Portal) operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi müəyyən edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında məlumat mübadiləsinin aparılması ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,  informasiya sistemlərinin Portala inteqrasiyası üçün texniki tələbləri üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Portalın saxlanma xərclərinin maliyyələşdirilməsi ilə əlaqədar təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə Portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Müəyyən edilib ki, bu fərmanla təsdiq edilmiş Əsasnamədə nəzərdə tutulan sərbəst satış sertifikatı ixracatçıların müraciəti əsasında yalnız Azərbaycan Respublikasında istehsal olunan mallara verilir, ixracatçılar tərəfindən sərbəst satış sertifikatının əldə olunması könüllü xarakter daşıyır, sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir, sərbəst satış sertifikatı Azərbaycan və ingilis dillərində olmaqla, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən verilir.

Daxili İşlər Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə razılaşdırmaqla, bu fərmanla təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olaraq, Portalın fəaliyyətini təmin edəcək hüdudlarda onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya olunmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Özlərinə məxsus informasiya sistemləri vasitəsilə Portalda informasiya mübadiləsində iştirak edən orqanlar informasiya sistemlərinin həmin Portala inteqrasiya olunmasını təmin edib, görülmüş işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

1news.az

Paylaş:
966

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər