Messi pianinoda Çempionlar Liqasının himnini ifa edib – VİDEO | 1news.az | Xəbərlər
İdman

Messi pianinoda Çempionlar Liqasının himnini ifa edib – VİDEO

11:35 - 12 / 09 / 2017
Messi pianinoda Çempionlar Liqasının himnini ifa edib – VİDEO

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi pianinoda UEFA Çempionlar Liqasının himnini ifa edib.

Belə ki, 30 yaşlı futbolçu piano arxasına keçərək, bu gün startı veriləcək Çempionlar Liqasının himnini səsləndirib. Leo almaniyalı bəstəkar Fridrix Hendelin əsərini təbəssümlə çalaraq, bir növ qitənin ən nüfuzlu turnirinin start ərəfəsində olduğuna işarə vurub.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu bu gün “Yuventus”a qarşı keçirəcək.

S.Xankişiyeva

Paylaş:
1002

Son xəbərlər

Bütün xəbərlər