Sabah hava küləkli olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava küləkli olacaq

12:40 - 12 / 09 / 2017
Sabah hava küləkli olacaq

Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

1news.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə  20-23° isti, gündüz  28-33° isti, Bakıda gecə  20-22°, gündüz  29-31° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 761  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 65-75 %, gündüz  50-60 % olacaq.  

Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 10-15°, gündüz  20-25° isti olacağı gözlənilir.

S.Xankişiyeva

Paylaş:
770

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər