Azərbaycan WorldFood Moscow sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan WorldFood Moscow sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb – FOTO

17:05 - 13 / 09 / 2017
Azərbaycan WorldFood Moscow sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb – FOTO

Moskvada keçirilən XXVI "WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunan Azərbaycan "Ən yaxşı debüt" mükafatına layiq görülüb.

1news.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan "WorldFood Moscow"ya ilk dəfə qatılsa da, pavilyonumuzun milli ornamentlərdən istifadə olunmaqla yüksək zövqlə tərtib edilməsi, nümayiş olunan maraqlı proqram sərginin təşkilatçısı, dünyaca məşhur "ITE Group" tərəfindən yüksək qiymətləndirilib.

"Made in Azerbaijan" vahid ölkə stendinin ən yaxşılardan biri kimi mükafat alması həm də sərgi ziyarətçilərinin pavilyonumuza və burada nümayiş olunan təbii və keyfiyyətli məhsullara olan böyük marağının göstəricisidir.

Azərbaycanın vahid ölkə stendi milli üslubda hazırlanıb və burada qədim adət-ənənələrimizdən olan xalçaçılıq sənəti, milli mətbəximiz, musiqi və rəqslərimiz nümayiş olunur.

Qeyd edək ki, Azərbaycan "WorldFood Moscow" sərgisində 30-dan çox ixracatçı şirkətlə təmsil olunur. Yerli şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları - meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.

"WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 14-dək davam edəcək.

S.Xankişiyeva

Paylaş:
737

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər