Amerikalı sahibkar “ADA” Universitetinin tələbələrinə biznesdə uğur qazanmağa dair tövsiyələr verib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Amerikalı sahibkar “ADA” Universitetinin tələbələrinə biznesdə uğur qazanmağa dair tövsiyələr verib – FOTO

17:55 - 13 / 09 / 2017
Amerikalı sahibkar “ADA” Universitetinin tələbələrinə biznesdə uğur qazanmağa dair tövsiyələr verib – FOTO

Tanınmış amerikalı iş adamı Şervin Pişəvar “ADA” Universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” mövzusunda mühazirə oxuyub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Bu gün “Uber”, “Airbnb” kimi nəhəng qlobal şirkətlərə çevrilən “startup” təşəbbüslərə əvvəldən inanıb sərmayə qoyan sahibkar Şervin Pişəvar “ADA” Universitetinin tələbə və müəllim heyəti qarşısında çıxış edərək uğurlu biznes ideyalarının tapılmasında tövsiyələri ilə bölüşüb. Onun sözlərinə görə, başlanğıc mərhələsində olan müxtəlif layihələrə sərmayə qoyarkən bu layihələrin 99 faizinin pul itirəcəyinə hazır olmaq lazımdır. Lakin yerdə qalan 1 faiz ümidləri doğruldaraq inkişaf edir və bütün yatırımları artıqlaması ilə qaytarır. “Uğursuzluğa uğrayanlar məni çəkindirmir, çünki ideyalarını davamlı şəkildə tətbiq etməsi, çalışqanlıqları, əslində, ondan xəbər verir ki, onlar əvvəl-axır uğur qazanacaqlar”, - deyə amerikalı iş adamı bildirib.

Şervin Pişəvar tələbələrə gələcəkdə “startup” biznesləri yaradarkən iki amili - özlərinə inamı heç zaman itirməməyi və başladıqları biznesin elmi tərəfini mükəmməl öyrənməyi nəzərə almağı tövsiyə edib. O deyib: “Əgər ideyanız insanların həyat tərzi və davranışını dəyişmək potensialına malikdirsə, bilin ki, o gəlir gətirəcək”.

Şervin Pişəvar həmtəsisçisi olduğu Hyperloop One şirkətinin fəaliyyətini misal çəkərək deyib: “Nəqliyyat və daşınma sahəsində inqilaba səbəb olacaq bu layihə uzun məsafələri ultra surətlə qət edən yerüstü nəqliyyat vasitəsi təklif edəcək. Saatlarla məsafəni bir neçə dəqiqəyə qət edəcək bu texnologiya insanların həyat tərzini və hətta bütün sənayeləri dəyişdirə bilər. Bu kimi layihələrin uğur qazanması şübhəsizdir”.

Məşhur iş adamı gənc azərbaycanlı alimləri sırf gəlir gətirə biləcək ideyalar deyil, insanların həyatını asanlaşdıracaq, bəşəriyyətin qarşılaşdığı çətinliklərə həll yolları tapacaq layihələr üzərində işləməyə çağırıb.

Mühazirənin sonunda amerikalı sahibkar “ADA” Universiteti tələbələrinin suallarını cavablandırıb.

S.Xankişiyeva

Paylaş:
680

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər