General: “Azərbaycanın hərbi potensialının artmasından işğalçı Ermənistan təşvişə düşür” | 1news.az | Xəbərlər
Siyasət

General: “Azərbaycanın hərbi potensialının artmasından işğalçı Ermənistan təşvişə düşür”

20:21 - 13 / 09 / 2017
General: “Azərbaycanın hərbi potensialının artmasından işğalçı Ermənistan təşvişə düşür”

“İşğalçı Ermənistan Azərbaycanın hərbi potensialının artmasından təşvişə düşür”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın ermənilərin pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı açıqlamasına cavab olaraq hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib:

“Ermənistanın iqtisadi durumu və hərbi sənayesinin hazırkı acınacaqlı vəziyyəti bizə çox yaxşı bəllidir. Düşmən ölkənin istifadəsində olan PUA-ların kustar üsulla hazırlandığı, başqa ölkələrdən ucuz qiymətə alındığı və onların aşağı keyfiyyətli olması da sirr deyil. O ki, qaldı Viqen Sarkisyanın bu kimi əsassız və absurd fikirlərinə, o ilk dəfə deyil ki, belə çıxışlar edir və bununla da artıq heç kimi təəccübləndirmir.

Bu cür çıxışları o, əsasən Azərbaycan tərəfi hər hansı bir ölkə ilə hərbi-texniki əməkdaşlıq istiqamətində uğurlu addım atdıqdan dərhal sonra səsləndirir. Bu isə Azərbaycanın hərbi potensialının artmasından işğalçı dövlətin narahat olaraq təşvişə düşməsi ilə əlaqədardır”.

1news.az

Paylaş:
1018

Son xəbərlər

Bütün xəbərlər