Həbsdən çıxan nardaranlılar Prezidentə təşəkkür etdi - FOTO
2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilən və 11 sentyabr 2017-ci ildə vaxtından əvvəl azad edilən 14 Nardaran sakini Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
1news.az məktubun tam mətnini təqdim edir:
“Məhkəmənin barəmizdə çıxardığı qərarı Sizin və Azərbaycan dövlətinin humanist siyasətinin nəticəsi kimi qiymətləndiririk. Özümüz də dərk etmədən qeyri-ixtiyari şəkildə düşdüyümüz vəziyyəti düşündükcə dərin peşmanlıq hissi keçiririk.
Həbsdə olduğumuz müddət ərzində ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri təhlil edərək daha sağlam düşünmək, baş verənlərə düzgün və obyektiv yanaşmaq fürsəti əldə etmişik. Yol verdiyimiz səhvlərlə yaxınlarımıza, ailəmizə hörmətsizlik etmiş, dövlətimizin və xalqımızın məınafeyinə xələl gətirən məntiqsiz hərəkətlərə yol vermişik.
Biz bu müraciət vasitəsilə eyni zamanda bədxah və nankor qüvvlərin şəxsi mənafeindən doğan təxribatlara uymuş gənclərə, özlərinə, doğmalarına və xalqımıza eyni zmanda gələcəklərinə kortəbii yanaşmamağı tövsiyyə edirik. Müstəqil dövlətçiliyimizin qorunması və daha da möhkəmlənməsi naminə şəxsi ambisiya və maraqlardan keçməli, xalqın mənafeyinə və maraqlarına zidd olan intriqalara yol verməməli, gənclərin beynini zəhərləyən, onları cəhalətə sürükləyən, mövhumat təlqin edən, xürafatı aşılayan fikir və təhriklərdən uzaq durmalı, xoşbəxt gələcək və rifah naminə, eləcə də topraqlarımızın bütövlüyü uğrunda həmrəylik nümayiş etdirməliyik.
Bu gün azadlığa qovuşmağımızı Sizin cəza-icra siyasətində apardığınız genişmiqyaslı humanist islahatın, xüsusilə son zamanalar bu istiqamətdə imzaladığınız fərmanın hüquq-mühafizə orqanları, habelə məhkəmələrin yüksək səviyyədə icrasının təcəssümü kimi qiymətləndiririk. Şəxsən Sizə və bütün dünyada himanist ideyaların carçısı kimi tanınan Mehriban xanım Əliyevaya bir daha sonsuz minnətdarlığımızı bildirir, xalqımızın, o cümlədən ailəmizin rifahı və firavan gələcəyi naminə sizlərə cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Nardaran əhli olaraq ömrümüzün sonuna kimi dövlətimizə və xalqımıza, şəxsən sizlərə rəğbət və sədaqətlə xidmət etməyə hazır olduğumuz bəyan edirik".
Dərin və hörmətlə Nardaran sakinləri:
Nuriyev Akif Arif oğlu
Qədirov Nadir Əbdülağa oğlu
Əliyev Sahib Hüseyağa oğlu
Cəbrayılov Ağasəlim Salman oğlu
Ağayev Seyidəli Ağakərim oğlu
Quliyev Həsən Əhməd oğlu
Ağarəziyev Mübariz Nasir oğlu
Alxasov Vidadi Şirinbala oğlu
Nəbizadə Ürfan Feyyaz oğlu
Məmmədov İntiqam Həmdulla oğlu
Əliyev Əli İsmayıl oğlu
Əliyev Vasif Vaqif oğlu
Nəbizadə Hüseyn Məmmədəli oğlu
Şahbazov Atabala Şahbaz oğlu
S.Xankişiyeva