Ərdoğan: Türkiyə və Azərbaycan gələcəkdə də xüsusilə enerji sahəsində həmrəy şəkildə addımlayacaqlar | 1news.az | Xəbərlər
Rəsmi

Ərdoğan: Türkiyə və Azərbaycan gələcəkdə də xüsusilə enerji sahəsində həmrəy şəkildə addımlayacaqlar

17:27 - 14 / 09 / 2017
Ərdoğan: Türkiyə və Azərbaycan gələcəkdə də xüsusilə enerji sahəsində həmrəy şəkildə addımlayacaqlar

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və “Azəri, Çıraq, Günəşli” yataqlar bloku üzrə yeni sazişin imzalanması mərasiminin iştirakçılarına ünvanladığı məktubun mətni açıqlanıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

- Dəyərli qardaşım.

Hörmətli tədbir iştirakçıları.

Sizi ən səmimi duyğularla və hörmətlə salamlayıram.

 “Əsrin müqaviləsi” olaraq adlandırılan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin 2050-ci ilə qədər uzadılmasının ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm.

1994-cü il sentyabrın 20-də Azərbaycan ilə “Türkiyə Petrolları” şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında imzalanan müqavilənin uzadılmasını təmin edən Zati-aliləri cənab Prezidenti və bütün aidiyyəti şəxsləri ürəkdən təbrik edirəm.

Bu tarixi müqavilə və 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftinin hasilatına və dünya bazarına təhlükəsiz şəkildə nəqlinə imkan yaradıb.

Beləliklə, başda Azərbaycan olmaqla bütün bölgənin sabitliyinə, inkişafına, strateji mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verilib.

Şübhəsiz ki, bu layihə beynəlxalq və regional səviyyədə həyata keçiriləcək səmərəli əməkdaşlığın ən gözəl nümunələrindən biridir.

Azərbaycan neftinin Türkiyədən keçərək dünyaya çatdırılması ilə başlayan əməkdaşlıq prosesi “Şahdəniz-1” və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri ilə daha da dərinləşib.

Sonda, “Şahdəniz-2” və gələn il açılışını edəcəyimiz Trans-Anadolu təbii qaz boru kəməri, inşallah, bu əməkdaşlığımızın zirvəsi olacaq.

“Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, gələcəkdə də xüsusilə enerji sahəsində həmrəy şəkildə addımlayacaqlar.

Bu münasibətlə dəyərli dostum Prezident İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarıma ən dərin sevgilərimi çatdırıram”.

S.Xankişiyeva

Paylaş:
599

Son xəbərlər

Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48
Bütün xəbərlər